Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
SOYQIRIM GERÇƏKLƏRİNİ AVROPADA CAR ÇƏKƏN XOCALI GƏNCİ

0

  • Avropada magistr təhsili alan Xocalı rayon gənci Sadıxov Ayxan Şirin oğlu Xocalı soyqırımının tanıdılması işində öz üzərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirməkdədir. Kiçik yaşlarından erməni vəhşiliklərini eşidən, Xocalı soyqırımında yaxın qohumları şəhid olan Ayxan Sadıxov vətənpərvər ruhda tərbiyə alan gənclərimizdən biridir. Savadlı və bacarıqlı gəncimiz "Xocalıya Ədalət" beynəlxalq təbliğat kampaniyasının fəal iştirakçısıdır.Fevralın 26-da Vyana şəhərində "Heldenplatz" meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı keçirilən aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 800 nəfərdən çox soydaşımız qoşulub. Aksiyada çıxış edən Ayxan Sadıxov ingilis dilində erməni quldurlarının Xocalıda törətdikləri vəhşiliklər haqqında danışıb. Dinc sakinlərin başına gətirilən müsibətlər, əsirlikdə olmuş insanlara verilən ağlasığmaz işgəncələr haqqında məlumat verib. Xocalı soyqırımının bəşər tarixində törədilmiş ən dəhşətli soyqırım aktlarından biri olduğunu vurğulayıb. Qeyd edək ki, Ayxan Sadıxov 1997-ci il martın 4-də Naftalan şəhərində anadan olub. 2015-ci ildə Xocalı şəhər 1 saylı tam orta məktəbindən məzun olub. O, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyat mühəndisliyi üzrə bakalavr təhsili alıb. Hal-hazırda Danimarkanın Kopenhagen və Polşanın Vistula universitetində ikili diplomlu magisturatura təhsili alır.İngilis, rus, danca, və türk dillərini bilir. Vətən müharibəsində Xocalı oğulları igidliklə döyüşərək bizə qürur hissi yaşatdıqları kimi, elm və təhsil sahəsində də Ayxan kimi bizi qürurlandıran gənclərimiz, bacarıqlı kadrlarımız yetişməkdədir. Sənə təhsil həyatında və ictimai işlərində uğurlar arzulayırıq, Ayxan.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib35 dəfə
    SOYQIRIM GERÇƏKLƏRİNİ AVROPADA CAR ÇƏKƏN XOCALI GƏNCİ

    Maraqlı gələ bilər
    126
    0
    39
    35
    29
    33